Bakı-Tiflis qatarına bilet satışında yaranan problem saytın yüklənməsi ilə əlaqədardır.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, hazırda bilet satışı aktivdir, sərnişinlər onlayn və kassalarda yaxınlaşmaqda bilet ala bilərlər:
"Biletə tələbat böyük olduğundan yüklənmələr var və ona görə də müəyyən çətinlik yaranır. Amma buna baxmayaraq, bilet satışı davam edir".
