Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı

 Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

Asayis.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailənin (163 nəfər) daimi qayıdışı təmin edilib.

Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.

12:50 - 7 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin