FHN-dən çimərliklərə gedənlərə müraciət!

 FHN-dən çimərliklərə gedənlərə müraciət!

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Asayis.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

18:48 - 6 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin