Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto

 Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto

Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış.

Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.

Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.

10:54 - 6 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin