Zərdabda su arxından meyit tapıldı

 Zərdabda su arxından meyit tapıldı

Zərdab sakininin su arxından meyiti tapılıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

13:28 - 5 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin