Sabunçuda mənzildən kişi meyiti tapıldı

 Sabunçuda mənzildən kişi meyiti tapıldı

Bakıda 72 yaşlı kişinin meyiti tapılıb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini - 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

14:46 - 4 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin