"Tarqovı"da küçə zəbt edilib? - Açıqlama

Səbail Rayon İcra Hakimiyyəti paytaxtın mərkəzində piyada yolunun gül dibçəkləri ilə məhdudlaşdırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Asayis.az xəbər verir ki, qurumun mətbuat xidmətindən Trend-ə bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti göstərir.

İcra Hakimiyyətindən qeyd edilib ki, görülmüş müvafiq tədbirlər nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, journalist Vyaçeslav Sapunov sosial şəbəkə hesabında Bakıda Əbdülkərim Əlizadə küçəsində (“Tarqovı” kimi tanınan ərazi) yerləşən piyada yolunun gül dibçəkləri vasitəsilə daraldıldığı, bunun da piyadaların hərəkətində çətinlik yaratdığı barədə fotolar paylaşıb.

18:40 - 3 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin