Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.
Asayis.Az xəbər verir ki, kömək üçün FHN-in 112 "qaynar xətti"nə müraciət edilib.
Ardınca, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında halqanı sakinin barmağından çıxarıblar.