Elnur Hidayətoğlu TƏBİB-dən getdi

 Elnur Hidayətoğlu TƏBİB-dən getdi

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu işindən ayrılıb.

Asayis.az xəbər verir ki, bu barədə o Feysbuk hesabında yazıb.

“Hörmətli media nümayəndələri, əziz dostlar!

Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram.

5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı”, - E.Hidayətoğlu əlavə edib.

16:32 - 1 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin