FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb.
Asayis.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.
Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı.
