Polkovnik-leytenant Hikmət Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəis təyin edilib.
Asayis.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.
FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.
