Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən xəbərə görə, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22 dərəcə olacaq.
