Çay sahilində narkotik yetişdirdi, həbs olundu - Video

 Çay sahilində narkotik yetişdirdi, həbs olundu - Video

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb.

Asayis.az DİN-ə istinadla xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.

Ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

11:16 - 29 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin