Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...

 Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...

2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əmək haqqı 4 dəfəyə qədər artıb.

Asayis.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müəllim heyətinin orta aylıq əmək haqqı 1030 manatdır:

"Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əmək haqqı 1010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanmayan heyət üzrə 23 984 nəfərin orta aylıq əmək haqqı 770 manatdır".

10:46 - 30 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin