Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu

 Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.

Asayis.az xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4%, proqnozdan isə 2,2% çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% çox, proqnozdan isə 6,8% azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45%-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

11:36 - 30 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin