Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü

 Gəncədə sürücü sükan arxasında ürəktutmadan öldü

Gəncədə sürücü sükan arxasında dünyasını dəyişib.

Asayis.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılıb.

Məlum olub ki, təxminən 45-50 yaşlı sürücü sükan arxasında ürək tutmasından vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

15:52 - 28 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin