İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı ilddə Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.
Asayis.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd olunur ki, imtahan iyulun 7-də Azərbaycan İdman Akademiyasında keçiriləcək.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində "yararlıdır" və ya "sağlamdır" qeydi olmalıdır) gətirməlidir.
Qeyd olunur ki, qrafik mütəmadi yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.
