Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video

 Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video

Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa çatmayıb.

Asayis.az xəbər verir ki, bu səbəbdən hazırda sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər.

Bəs görəsən, bu körpü nə zaman təmir olunacaq?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, körpünün dayaqları artıq quraşdırılıb:

"Yaxın müddətdə körpünün tam olaraq inşa edilib istifadəyə verilməsi tərəfimizdən planlaşdırılır".

19:12 - 27 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin