Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

 Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Asayis.az xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

11:20 - 26 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin