Bakıda qız kirayədə qaldığı evdə zorlandı - Polis araşdırmalara başladı

 Bakıda qız kirayədə qaldığı evdə zorlandı - Polis araşdırmalara başladı

Bakıda zorlanma hadisəsi baş verib.

Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan 18 yaşlı A. M. (ad şərtidir) polisə müraciət edərək 23 yaşlı Cəlilabad sakini E. D.nin onu zorladığını bildirib.

Qızın iddiasına görə, oğlan onu elə kirayədə yaşadığı evdə zorlayıb.

Polisə daxil olan şikayət əsasında araşdırma başlayıb.

14:24 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin