Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı - Foto

 Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı - Foto

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində "Çanqan" markalı avtomobildən 1300 manat oğurlanıb.

Asayis.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Xəzər rayonu ərazisində daha 6 nəqliyyat vasitəsindən eyni üsulla oğurluq etdiyi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:04 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin