ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir

 ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir

ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.

Bank müştərilərdən yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.

15:46 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin