Aygün Kazımovanın qızı - Tezliklə məni efirdə görəcəksiniz

 Aygün Kazımovanın qızı - Tezliklə məni efirdə görəcəksiniz

"Televiziya verilişlərinə çox dəvət alıram. Hamısı da mənə əziz insanlardır. Söz verirəm, tezliklə məni efirdə də görəcəksiniz”.

Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova "shownews"a açıqlamasında bildirib.

O yalnız say-seçmə brendlərlə əməkdaşlıq etdiyini deyib:

"Son zamanlar reklam çəkilişlərinə həddən artıq çox təklif alıram. Amma yalnız mənə maraqlı gələn məhsulları reklam edə bilərəm. Fikir vermisinizsə, reklam siması olduğum məhsulların çoxu dünyaca məşhur brendlərdir".

İlqarə hazırda yeni mahnı üzərində işlədiyini də qeyd edib. Müğənni yaxın zamanlarda yeni ifasını sevənlərinin ixtiyarına verəcək. 

12:32 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin