Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub.
Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.
Fakta görə cinayət işi başlanılıb.
