Yasamal və Nizami rayonlarında işıq olmayacaq

 Yasamal və Nizami rayonlarında işıq olmayacaq

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq.

Asayis.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

“İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq”,- deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”,-deyə Səhmdar Cəmiyyətin Mətbuat Xidmətindən əlavə edilib.

23:58 - 23 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin