İmişlidə ticarət obyektində yanğın baş verib.
Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.
Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.
Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.
