Bakıda avtomobil qəza etdi - Sərnişin yaralandı

 Bakıda avtomobil qəza etdi - Sərnişin yaralandı

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan zaman “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

10:50 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin