"Ermənistanın yaydığı məlumatı qəti surətdə təkzib edirik" - Müdafiə Nazirliyi

"Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

10:38 - 25 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin