Bakıda ölümə gedən piyadalar – Video

 Bakıda ölümə gedən piyadalar – Video

Bu hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyadalara müraciətində bildirilib.

Vurğulanıb ki, belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz:

"Sürücülərə isə müraciət edərək bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz", - müraciətdə vurğulanıb.

12:00 - 22 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin