Putin Azərbaycana qənim kəsilmiş jurnalisti təltif etdi

 Putin Azərbaycana qənim kəsilmiş jurnalisti təltif etdi

Rusiya prezidenti Vladimir Putin hərbi jurnalist Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib. 

Asayis.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, ermənipərəst Peqov mükafata peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət, fədakarlığa görə layiq görülüb. 

Mükafat elan edildikdən sonra Semyon Peqov şəsxi “Telegram” kanalında "Mən Rusiyaya xidmət edirəm!",-deyə qeyd edib. 

Qeyd edək ki, jurnalist Peqov İkinci Qarabağ müharibəsində ermənipərəst mövqeyi ilə seçilib.
 

21:25 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin