Nərimanovda seyfdən 7500 manat oğurlandı - Polis araşdırmalara başladı

 Nərimanovda seyfdən 7500 manat oğurlandı - Polis araşdırmalara başladı

Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7 500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-dən Asayis.Az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Möhtəşəm Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

17:42 - 24 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin