Keçmiş vəkil ev dustaqlığına buraxılmadı

 Keçmiş vəkil ev dustaqlığına buraxılmadı

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Namizəd Səfərovun vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və müdafiəçilərinin yanında əyləşdirilməsini xahiş ediblər.

Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 2-nə təyin edilib. Cinayət işinə xitam verilməsi və qətimkan dəyişdirilməsi ilə bağlı vəsatətlər təmin edilməyib, təqsirləndirilən şəxsin müdafiəçilərinin yanında əyləşməsi ilə bağlı vəsatətin müzakirəsi isə növbəti proseslərə saxlanılıb.

Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyinə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

16:12 - 18 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin