Agentlikdəki işindən ayrılıb SOCAR-a keçdi - Foto

 Agentlikdəki işindən ayrılıb SOCAR-a keçdi - Foto

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri vəzifəsindən ayrılan Yalçın Niftiyevin yeni işi bəlli olub.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub.

Belə ki, Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib.

13:20 - 18 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin