İranda daha bir azərbaycanlı öldürüldü - Foto

 İranda daha bir azərbaycanlı öldürüldü - Foto

 

Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb.

Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi qeyd edilib.

Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə basqı etdiyini bildiriblər.

16:20 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin