DTX bu dəfə Naxçıvanda əməliyyat keçirir

 DTX bu dəfə Naxçıvanda əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.

Asayis.Az Bakudays.com-a istinadla xəbər verir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

14:58 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin