SEPAH-ın daha bir zabiti Suriyada öldürüldü - Foto

 SEPAH-ın daha bir zabiti Suriyada öldürüldü - Foto

Suriyanın Dəməşq şəhəri yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələrinin polkovniki ölüb.

Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq zabitinin öldüyünü təsdiqləyib.

SEPAH-ın bəyanatında həmin şəxs polkovnik Davud Cəfəri kimi təqdim edilib.

14:39 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin