Əvvəlcə özlərini poçt işçisi kimi təqdim etdilər - Sonra evə basqın etdilər

 Əvvəlcə özlərini poçt işçisi kimi təqdim etdilər  - Sonra evə basqın etdilər

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Asayis.Az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

13:59 - 23 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin