Qubadlıda sərhəddə insident, əsgər zabit heyətinə atəç açıb

 Qubadlıda sərhəddə insident, əsgər zabit heyətinə atəç açıb

Qubadlıda silahlı insident olub.

Bu gün saat 6 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

20:41 - 2 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin