"Xaç atası"nın prodüseri vəfat etdi - Foto

Dünyaca məşhur “Xaç atası” filminin prodüseri Qrey Frederikson 85 yaşında ABŞ-da vəfat edib.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Bildirilir ki, məşhur prodüser uzun müddətdir ki, xərçənglə mübarizə aparırdı.

O, “Xaç atası” trilogiyasında ikinci filmin prodüseri kimi “Oskar” mükafatını qazanıb.

12:35 - 22 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin