Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.
Asayis.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək.
"Exit-poll"un məlumatına görə, Qasım-Jomart Tokayevin nəticəsi 82,45% təşkil edib.
Qeyd edək ki, prezident postuna hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparıb.
Seçki hüququ olan 11,95 milyon seçici üçün 10 mindən çox, o cümlədən 53 xarici ölkədə 68 seçki məntəqəsi açılıb. Seçici fəallığı 69,43 faiz olub.