Ağdamda dəhşətli qəza: 4 nəfər öldü

 Ağdamda dəhşətli qəza: 4 nəfər öldü

Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, VAZ-2106 və "Hunday" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb.

Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Məlumata görə, qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.

Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

16:02 - 10 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin