Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Asayis.az xəbər verir ki, bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək.

Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

18:10 - 8 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin