“AzərEnerji” və “Azərişıq Ulu Öndərin məzarını ziyarət etdilər

 “AzərEnerji” və “Azərişıq Ulu Öndərin məzarını ziyarət etdilər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar “AzərEnerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Asayis.az xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

13:22 - 10 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin