Polis metroda əməliyyat keçirdi - İki nəfər saxlanıldı

 Polis metroda əməliyyat keçirdi - İki nəfər saxlanıldı

Bakı Metropolitenində cibgirlik edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asayis.Az-a verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.

16:20 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin