Azərbaycanlı modelin bir il əvvəlki TOYUNUN GÖRÜNTÜLƏRİ - FOTO

 Azərbaycanlı modelin bir il əvvəlki TOYUNUN GÖRÜNTÜLƏRİ - FOTO

Azərbaycanlı model Pərvin Həsənzadə şəxsi həyatı ilə diqqət çəkib. 

Asayis.az xəbər verir ki, uzun illərdir Türkiyədə yaşayan model ötən il türkiyəli memar Cihad Önerlə evlənib.

Pərvin sosial şəbəkə hesabında paylaşım edərək bu gün evliliklərinin bir ilinin tamam olduğunu bildirib. Həsənzadə toydan lentə alınan və bu günə qədər paylaşmadığı yeni fotolarını da izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, cütlüyün təmtəraqlı mərasimi ötən ilin bu günü Türkiyədə Sait Halim Paşa yalısında baş tutub. Pərvin toyunda bahalı zinət əşyaları və gəlinliyi ilə müzakirələrə səbəb olmuşdu. 

Məlumat üçün bildirək ki, Pərvin Həsənzadə “Miss Eurasia 2014”, “Miss Bikini MDB 2014”, “Miss Asia 2014” yarışlarının qalibi olub. O, uzun illərdir, qardaş ölkə Türkiyədə yaşayır.

16:54 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin