“Rusiya Ukraynaya hücum etməzdən öncə yaxşı düşünməlidir” - R.T.Ərdoğandan sərt mesaj

 “Rusiya Ukraynaya hücum etməzdən öncə yaxşı düşünməlidir” - R.T.Ərdoğandan sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynaya müharibə ehtimalından danışıb.

 "Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mən yaxın dostum Putinə mesaj göndərdim ki, Rusiya bu addımı atmazdan əvvəl dünyadakı vəziyyəti və öz vəziyyətini təhlil etməli və bunun Rusiya üçün nələrə başa gələcəyini anlamalıdır".

R.T.Ərdoğan Rusiyanın Ukraynaya müdaxiləsinin real ehtimalını görmədiyini deyib. O bildirib ki, Ukrayna qeyri-adi və güclü ölkədir.

"Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. Cənab İlham Əliyevlə danışacağam. Artıq savaşı siyasət tarixindən silib atmalıyıq. "Bir ölkənin torpaqlarını zəbt edim, götürüm" məntiqi ilə işlər getməz. Məsələn, Ukraynada Rusiya nə etdi, Krımı aldı. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm".

19:10 - 18 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin