Bakı şəhəri 95 nömrəli məktəbin 3-cü sinif şagirdi şiddətə məruz qalıb.
Asayis.az-ın Teleqraf-a istinadən məlumatına görə, valideyn Zaur Rufiyev bildirir ki, övladı Uğur Rufiyev həmin məktəbin müəllimi Xalisə Məmmədova tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb.
Onun sözlərinə görə, videogörüntülərdə müəllimin şagirdin qolunu sıxdığı və qorxu yaradan davranışlar sərgilədiyi əks olunub. Valideyn qeyd edir ki, baş verənlər uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərib.
Bununla yanaşı, adıçəkilən müəllim tərəfindən valideynlərdən pul yığılması ilə bağlı iddialar da səsləndirilir.
Məsələ ilə bağlı 95 nömrəli məktəbdən bildirilib ki,məsələ ilə əlaqədar araşdırma aparılıb.
Araşdırma nəticəsində “Təhsilverənlərin etik davranış qaydaları”nının tələblərinə riayət etmədiyinə görə müəllimə intizam tənbeh tədbiri tətbiq olunub.
“Digər iddialarla bağlı da araşdırma aparılır. Valideyn iclasları keçirilir, məktəb mühitinə uyğun olmayan halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılır. Məktəbdə səmərəli tədris mühitinin qorunması diqqət mərkəzində saxlanılır”,- məlumatda qeyd olunub.
