İcra başçısı yolun keyfiyyətini əli ilə yoxladı - Foto

 İcra başçısı yolun keyfiyyətini əli ilə yoxladı - Foto

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı marşrutu üzrə kəndlərarası avtomobil yolunun qalınlığını yoxlayıb.

Asayis.Az xəbər verir ki, icra başçısının yolun keyfiyyətini yoxlaması diqqətdən yayınmayıb. Həmin anın görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, icra başçısının asfalt örtüyünə diqqətlə baxmasının səbəbi örtüyün qalınlığına görədir.

22:33 - 20 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin