İsrailin müdafiə naziri Zakir Həsənova niyə zəng edib? - Təfərrüat

 İsrailin müdafiə naziri Zakir Həsənova niyə zəng edib? - Təfərrüat

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

19:18 - 20 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin