"Berenlə işləmək çox rahat idi" - Kvanç

“Netflix Türkiye”nin çəkdiyi “Last call for İstanbul” filmində rol alan aktyor Kıvanç Tatlıtuğ sözügedən ekran işində çəkilən aktrisa Beren Saat haqqında danışıb.

Asayis.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

O, həmkarı Beren Saatla işləməyin zövqverici olduğunu bildirib:

"Çəkilişlər çox yaxşı keçdi. Berenlə işləmək çox rahat idi. Zaman su kimi keçdi. Baxmayaraq ki, xaricdə işləməyin bəzi mənfi cəhətləri var idi, ümumilikdə əla idi".

Qeyd edək ki, Beren Saat və Kıvanç Tatlıtuğ “Netflix Türkiye” üçün ABŞ-da film çəkilişində iştirak ediblər.

Xatırladaq ki, K. Tatlıtuğ və B. Saat illər əvvəl məşhur “Aşk-ı Memnu” serialında baş rolları canlandırıblar.

17:11 - 19 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin